Maraqlı

"Azərbaycan dünyanın ən çox nəzərəçarpan inkişafda olan dövləti kimi diqqət mərkəzindədir" - Mir Şahindən Davos REPORTAJI

Azərbaycan dünyanın ən çox nəzərəçarpan inkişafda olan dövləti kimi diqqət mərkəzindədir - Mir Şahindən Davos REPORTAJI

Real TV-nin baş direktoru, tanınmış telejurnalist Mirşahin Ağayev Dünya İqtisadi Forumunun illik toplantısını işıqlandırmaq üçün İsveçrə Konfederasiyasının Davos şəhərində səfərdədir.

Demokrat.Az xəbər verir ki, tanınmış jurnalist Davos Dünya İqtisadi Forumunda keçirilən görüşlərlə bağlı reportajlar təqdim edir.

Reportajı zamanı Prezident İlham Əliyevin də Davosda bir sıra görüşlər keçirdiyini vurğulayan Mirşahin Ağayev bildirib ki, Azərbaycan Prezidentinin Davos forumuna qatılması beynəlxalq ictimaiyyət tərəfindən yüksək qarşılanıb:

"Azərbaycan Prezidenti artıq yanvarın 21-də Davosda ilk görüşünü keçirib. Dünya İqtisadi Forumunun prezidenti ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın yeni mərhələsinə start verildi. Azərbaycan Dünya İqtisadi Forumunun 4-cü sənaye inqilabı mərkəzilə əlaqələrini növbəti etaba atlatdı. Azərbaycan Prezidenti ilə Dünya İqtisadi Forumunun prezidenti arasında gedən danışıqlarda forumun prezidenti Azərbaycan haqqında kifayət qədər xoş sözlər söylədi, Bakının son illər tanınmaz şəkildə gözəlləşdiyini qeyd etdi və Prezident İlham Əliyevin bu tədbirə qatılmasından məmnunluğunu ifadə etdi. Ümumiyyətlə, Azərbaycanın bu tədbirdəki yeri indiyədək onun qatıldığı oxşar toplantılarla müqayisədə fərqlidir. Bu gün Azərbaycan dünyanın Qafqaz regionunda inkişafı ən çox nəzərəçarpan və ənsürətli dayanıqlı həddə olan dövlət kimi diqqət mərkəzindədir. Biz forumun gedişini izləyib sizə müntəzəm olaraq məlumat verəcəyik".

Demokrat.Az

D
demokrat.az