“Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü Vətən Müharibəsində əldə etdiyimiz zəfərdən sonra formalaşmış yeni düzənə, yeni reallıqlara uyğun çox mühüm siyasi-strateji qərardır, bölgədə qüvvələr nisbətinin Azərbaycanın xeyrinə dəyişməsinin artan xətlə getməsinin göstəricisidir. Bu Fərmanın çox mühüm strateji və tarixi əhəmiyyətli cəhətlərindən biri budur ki, sözügedən sənəddə həm Qarabağa vahid yanaşma nümayiş etdirilir, Aran və Dağlıq Qarabağın rayonlarını bir adla birləşdirilməsin strateji hədəfi ortaya qoyulur, həm də vahid Zəngəzur konsepsiyası gündəmə gətirilməklə Zəngəzur iddiasının dövlət siyasəti və diplomatiyamızın yeni fəaliyyət istiqamətlərindən biri kimi ortaya çıxmasına yol açır. Şərqi Zəngəzur rayonunun yaradılması həm də tarixi ədalətin bərqərar olunmasıdır. Yəni "Şərqi Zəngəzur iqtisadi rayonu" o deməkdir ki, Qərbi Zəngəzur da var... Həmin reallıqların təsiri ilə yeni Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonunun reallaşdırılması üçün geopolitik əsaslar formalaşır.” Bunu Moderator.az-a açıqlamasında Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanını şərh edən millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli deyib. Əli Məsimli qeyd edib ki, bu fərman formaca iqtisadi xarakterli olsa da, əslində postkonflik mərhələsinin çağırışlarına uyğun olaraq ölkənin yeni əsaslarla iqtisadi zonalara bölünməsi Azərbaycanın yaratdığı yeni reallıqlara,real gücünə,təsir imkanlarına hesablanmış və gələcəyə baxış ortaya qoyan mühüm siyasi-strateji qərardır. Fərman çox vacib siyasi, geosiyasi, iqtisadi, geoiqtisadi,ciddi diplomatiq gediş, institusional, regional, humanitar, tarixi ədalətin bərqərar olması və sair xarakterli amillərin effektiv kombinasiyasını ızündə əsk etdirən tarixi bir sənəddir. Belə bir tarixi sənəd Azərbaycan dövlətinin regiondakı yeni rolu və bu rolun perspektivləri baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu Fərmanda Azərbaycan Qarabağa dair açıq qalan məsələlərlə bağlı mövqeyini ilk dəfə rəsmi sənədlə bəyan etdi, dövlətin Qarabağa və regiona münasibətdə gələcək strateji hədəfi rəsmiləşdi. Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsünə əsasən iqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılıb. Bu sadəcə say artımı yox, yeni reallıqlara, iqtisadi rayonlaşdırmaya konseptual olaraq yeni yanaşmanı əsaslanan dəyişiklikdir. Yeni yaradılan iqtisadi rayonlar arasında Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu daha çox diqqət çəkir.Bu baxılmdan Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü Vətən Müharibəsində əldə etdiyimiz zəfərdən sonra formalaşmış yeni düzənə, yeni reallıqlara uyğun çox mühüm siyasi-strateji qərardır,bölgədə qüvvələr nisbətinin Azərbaycanın xeyrinə dəyişməsinin artan xətlə getməsinin göstəricisidir. Bu Fərmanın çox mühüm strateji və tarixi əhəmiyyətli cəhətlərindən biri budur ki,sözügedən sənəddə həm Qarabağa vahid yanaşma nümayiş etdirilir, Aran və Dağlıq Qarabağın rayonlarını bir adla birləşdirilməsin strateji hədəfi ortaya qoyulur, həm də vahid Zəngəzur konsepsiyası gündəmə gətirilməklə Zəngəzur iddiasının dövlət siyasəti və diplomatiyamızın yeni fəaliyyət istiqamətlərindən biri kimi ortaya çıxmasına yol açır. Şərqi Zəngəzur rayonunun yaradılması həm də tarixi ədalətin bərqərar olunmasıdır. Yəni "Şərqi Zəngəzur iqtisadi rayonu" o deməkdir ki, Qərbi Zəngəzur da var. 44 günlük İkinci Qarabağ Müharibəsinin nəticələri, Qarabağın iqtisadi dövriyyəyə qayıtması, regional kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması perspektivi və sair bu kimi amillər yeni reallıqlar yaradıb. Həmin reallıqların təsiri ilə yeni Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonunun reallaşdərəlması üçün geopolitik əsaslar formalaşır.Ona görə də Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi iqtisadi rayonlar üzrə bölgüyə də yenidən baxılmasını şərtləndirir.Fərmanda Dağlıq və Aran Qarabağ bir götürülür,həm də qeyd olunur ki, Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun yaradılması vacibdir.Bu kontekstdə Fərmanda Xankəndi və ətrafında yerləşən rayonların Azərbaycanın Qarabağ iqtisadi rayonunun tərkib hissəsinin olması elan edilib. Əli Məsimli xüsusi vurğulayıb ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında 2021-ci il 7 iyul tarixli Fərman həm Azərbaycan, həm Ermənistan, həm yerləşdiyimiz region, həm də qlobal miqyasda özünəməxsus əhəmiyyət kəsb edir. Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, iqtisadi rayonların yeni bölgüsü, xüsusən Qarabağın bərpası və inkişafı istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasına töhfə verəcək. Ölkədə iqtisadi idarəetmınin postkonflik dovrünün çağırışlarına uyğun olaraq yenidən qurulmasına, çevikliyin və səmərəliliyinin təmin olunmasına, islahatlara, xüsusən də struktur və institusional islahatların həyata keçirilməsinə öz töhfəsini verəcək, Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də Qarabağın inkişaf strategiyası da iqtisadi rayonların yeni bölgüsünə uyğunlaşdırılacaq. İşğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşması və iqtisadi fəaliyyətə reinteqrasiya işinə müsbət təsir göstərəcək. Sözügedən Fərmanda azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə–Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasının zəruriliyi vurğulanır. Bu Fəman Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin,xüsusən də onun “Böyük Qayıdış”a və "yaşıl enerji" zonasına həsr olunmuş hissəsinin reallaşdırılmasına özünəməxsus şəkildə təsir edəcək. Böyük Qayıdışın sürətləndirilməsində özünəməxsus rol oynayacaq, bu isə öz növbəsində vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaq və işğaldan azad edilmiş ərazilərin inkişafına təkan verəcəkdir. Qarabağın bərpa, yenidənqurma prosesinin daha sürətli şəkildə həyata keçirilməsi, yeni iş yerlərinin yaradılmasını,eləcə də regionun inkişafına irəli sürülüən yeni konseptual hədəflər əsasında hazırlanacaq dövlət proqramları çərçivəsində yanaşmanın həyata keçirilməsinə imkan verəcək. Ermənistanın hər qarışı minalanmış döyüş zonasına,xarabazara çevirdiyi işğaldan azad edilmiş ərazilərinAzərbaycanın tikinti-quruculuq,beynəlxalq əməkdaşlıq arenasına çevirməsi, həmin torpaqlarda ilk olaraq infrastrukturun bərpası, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, enerji, qaz xətlərinin çəkilişi, bu ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi,təhlükəsizliyin təmin edilməsi və sair istiqamətlərdə həyat keçirilməyə başlanan işlər böyük qayıdış daxil qarşıya qoyulan hədəflərə optimal müddətdə nail olunmasına və Qarabağın xarici investorlar üçün də cəlbediciliyini artmasına stimul yaradacaq və deməli Azərbaycanın gücünə yeni gücün qatılmasına səbəb olacaq. Bu Fərmanın reallaşdırılması Ermənistanın müstəqil dövlət kimi mövcudluğuna yaxşı təminat və sosial- iqtisadi inkişafına ciddi təkan vermiş olar.Hazırkı şəraitdə Ermənistanın regional inkişafı yalnız onun “Artsax” ideyasından tamamilə imtina edib, regional əməkdaşlıq şəbəkəsinə qoşulmaqla mümkündür. Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması region ölkələrinin əməkdaşlığının genişlənməsi, qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı,dayanıqlı sabitlik üçün də yaxşı şərait yaratmış olar. Fərmanda nəzərdə tutulanların optimal müddətdə reallaşdırılması regionda təhlükəsizliyin, sabitliyin və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasına ciddi töhfə verə bilər. Regionda ümumi sabitlik,təhlükəsizlik və rifaha hesablanmış bütün bunların gerçəkləşdirilməsi qlobal sülh,sabitlik və əmin-amanlığa da öz töhfəsini vermiş olar və dünyanın qaynar nöqntələri kimi tanınan digər regionlar üçün də örnək ola bilər".
Demokrat.az


