Kriminal

İnterpol bu azərbaycanlı qadınları axtarır — FOTO

İnterpol bu azərbaycanlı qadınları axtarır — FOTO

Azərbaycan vətəndaşı olan üç qadın “İnterpol”un qırmızı xətti ilə axtarışa verilib.

Demokrat.azAzpost.info-ya istinadən xəbər verir ki, müxtəlif cinayətlərdə ittiham olunan bu qadınlar Azərbaycanın ayrı-ayrı rayon sakinləridir.

Axtarışa verilənlərdən 3 nəfəri insan alveri, digəri isə xuliqanlıqda təqsirləndirilir.

1984-cü ildə anadan olmuş 37 yaşlı Qızqayıt Hacıyeva insan alveri ittihamı ilə bağlı axtarışa verilib.

Goranboyda anadan olmuş, 1978-ci il təvəllüdlü Şöhrət Məmmədova insan alveri, fahişəliyə cəlb etmə ittihamı ilə axtarılır.

1971-ci ildə Qubada anadan olan Sevinc Səlimova isə xuliqanlıq ittihamı ilə siyahıya düşüb.

D
demokrat.az