“Heç kəs Dağlıq Qarabağda böhranın daha da böyüməsində maraqlı deyil”.
“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin onlayn brifinq zamanı deyib.
“Rusiya bu ciddi böhranın həllində müəyyən bir rol oynayıb. Dostluq şəraitində yaşasaq, yalnız insanların təhlükəsizliyi sahəsində deyil, həm də sosial sahədə həyatın normallaşdırılması üçün şərait yaradacağıq. Silahlı qarşıdurmanın yenidən başlayacağı narahatlığı ilə yaşamaq mümkün deyil” – Rusiya lideri deyib.
Demokrat.az


