Artıq 5 gündür Masazırın Cantəpə deyilən ərazisində (Mirzə Ələkbər Sabir küç) su yoxdur.
Demokrat.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Elmir Muradov bildirib.
"Yay aylarında, xüsusən də anomal hava şəraitində 5 gün suyun olmamağını "Azərsu" Açıq Səhmdar Cəmiyyətində işləyənlər anlayır görəsən? Məncə anlamırlar, çünki anlasaydılar, dünən bu barədə qurumun mətbuat katibi Anar Cəbrayıllıya deyəndə dərhal problemə əncam çəkərdilər. Amma məsələ barədə Anar bəyə deyəndən 24 saat keçməsinə baxmayaraq, biz hələ də susuz və çaysız qalmışıq. Deyəsən "Azərsu"da Masazırı yaddan çıxarıblar, ya da sərf eləmədiyi üçün xatırlamaq istəmirlər!", deyə jurnalist qeyd edib.
Demokrat.az


