Gündəm

Elman Nəsirov: "Deputat" sözü "millət vəkili" sözü ilə əvəz edilməlidir"

Elman Nəsirov: Deputat sözü millət vəkili sözü ilə əvəz edilməlidir

Milli Məclisin bu gün keçirilən iclasında “Milli Məclis deputatının statusu haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib.

Demokrat.az xəbər verir ki, bu təkliflə deputat Elman Nəsirov çıxış edib.

O bildirib ki, Milli Məclis deputatının statusuna dəyişiklik edilməlidir:

“Oradan deputat sözü çıxarılıb, ora millət vəkili sözü əlavə edilməlidir. Çünki biz millətin vəkiliyik. Həm də deputat sözü alınma sözdür”.

Demokrat.az

D
demokrat.az