Sosial

ASAN xidmətə daha bir mühüm səlahiyyət verildi

ASAN xidmətə daha bir mühüm səlahiyyət verildi

Prezident İlham Əliyev Konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Demokrat.Azxəbər verir ki, fərmana əsasən ASAN xidmətə konsulluq xidməti göstərmə hüququ verilib.

"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, habelə xarici ölkələrdə olan Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə konsulluq xidmətlərinin "Elektron hökumət” portalı vasitəsilə elektron qaydada göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görsün.

Bu Fərman 2019-cu il martın 1-dən qüvvəyə minir", - deyə fərmanda bildirilir.

Demokrat.Az

D
demokrat.az