AVRO-2020-nin qrup mərhələsində II turun oyunları davam edir.
Demokrat.az xəbər verir ki, 7-ci oyun gününə nəzərdən tutulan üç oyundan biri başa çatıb.
C qrupunda Ukrayna Şimali Makedoniya ilə üz-üzə gəlib. Matç Ukrayna millisinin qələbəsi ilə yekunlaşıb (2:1). Bu qalibiyyətdən sonra, Andrey Şevçenkonun komandası qitə yarışında ilk xallarını qazanıb.
17 iyun 2021-ci il Avropa çempionatı, II tur
C qrupu 17:00.Ukrayna - Şimali Makedoniya - 2:1 Qollar: Yarmolenko, 29 (1:0), Yaremçuk, 34 (2:0), Alioski, 57 (2:1) Baş hakim: Fernando Rapallini (Argentina) Rumıniya, Buxarest. "Milli Arena"


