Multikulturallıq və tolerantlıq özəllikləri ilə tanınan Azərbaycanda, Kamal Abdulla öz nöqsanlarını və rəhbərlik qabiliyyətsizliklərini ört-basdır etmək üçün tənqidlərə siyasi don geyindirməyə çalışır.
Kamal Abdulla tənqidləri bir ziyalı kimi müzakirə edib və nöqsanları aradan qaldırmaq əvəzinə 20.12.2018 tarixində ADU-nun müəllimələri tərəfindən Təhsil Nazirliyinə ünvanlanan tənqidi məktuba cavab olaraq bir akademik adına yaraşmayan çirkin əməllərə əl atıb və son əməli isə tam təhsilə aid olan bir məsələni siyasiləşdirməsidir.
Qeyd etmək lazımdır ki, Universitetin nüfuzuna xələl gətirməmək məqsədi ilə müraciətlərimi bu günə qədər sırf rəsmi instansiyalara ünvanlamışam. Lakin Kamal Abdulla məsələnin ictimayiləşdirilməsinə yol verib. Kamal Abdulladan bir rektor kimi gözlənilirdi ki, sırf təhsilə aid olan məsələni uiversitetin daxilində həll etsin ancaq buna əks olaraq problemi daha da gərginləşdirmək və siyasiləşdirmək addımı atdı.
Əgər bir universitetdə hər hansı bir konflikt meydana gələrsə, bir ziyalı və akademikin vəzifəsi obyektiv və qərəzsiz şəkildə bu problemi çözməkdir. Rəsmi iradların müvafiq instansiyalara bildirilməsi ziyalı adına yaraşan adekvat davranışdır. Lakin tənqidləri və ya rəsmi müraciətləri məqsədyönlü və qərəzli şəkildə intriqa vasitəsinə çevirmə addımı bir akademik, yazıçı, rəhbər, multikultural biliklər mütəxəsisinə qətiyyən yaraşdırmıram.
Təhsil Nazirliyinə ünvanlanan tənqid və müraciətimin siyasi problem kimi qələmə vermək və tədris barədə bir mütəxəsis yanaşmamı iğtişaş kimi dəyərləndirmək təəsüflər olsun ki, akademikin qeyri-peşəkar mövqeyini və acizliyini sərgiləyir. Kamal müəllimə xatırlatmaq lazımdır ki, bu məsələni ictimayiləşdirən məhz Universitetin rəsmi saytı olmuşdur. Tələbələri bu məsələyə cəlb edən isə yenə də məhz rektrorun özü olmuşdur. Yaxşı olar ki, cənab akademik əsassız ittihamlar sürməkdən öncə öz əmməlləri barəsində ciddi düşünsün.
Pərvin Mürsəlova kimdir?
Mən Pərvin Akif qızı Mürsəlova 2004- 2006-cü illərdə Azərbaycan Dillər Universitetinin Filologiya (xarici dil) ingilis dili müəllimi ixtisası üzrə təhsil almışam. Bakalavr pilləsini tamamlayaraq, elə həmin il təhsilimi ADU-nun filologiya (İngilis dili və ədəbiyyatı) ixtisası üzrə magistratura pilləsini davam etdirmiş və 2006-cı ildə bu pilləni bitirmişəm.
2008-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Əcnəbi dillər kafedrasında müəllim vəzifəsində pedoqoji fəaliyyətə başlamışam. 2011-ci ildə İstanbulda Kembric Universitetinin nəzdində fəaliyyət göstərən ISA təşkilatında CELTA sertifikatı almışam.
2013-cü ildən müəllimlik fəaliyyətini Azərbaycan Universitetinin Xarici dillər II kafedrasında davam etdirmişəm. 2014-ci ildən Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasının dissertantı və müəlliməsiyəmç 5 dil bilirem.
İşlədiyim illər ərzində daima öz üzərində çalışmış, müxtəlif beynəlxalq setifikatlarla təltif edilmişəm. “Amerika ədəbiyyatındakı multikulturalizm probleminin Maksin Kinqston yaradıcılığında ənənəvi və yenilikçi əksi” adlı dissertasiya işini tamamlamışam və müdafiə üçün növbəmi gözləyirəm.
Dissertasiya işimin mövzusunu tam əhatə edən 10 –dan çox məqalələrim respublikada, eləcə də xarici ölkələrdə (Thomson Reuters) çap olunmuşdur Tələbələr tərəfindən daim sevilən bir müəlliməyəm və tədris edəcəyim seçmə fənnlər daim tələbələr tərəfindən böyük rəğbətlə qarşılanır. İdeyası “Multikultural Amerika ədəbiyyatı” seçmə fənnindən irəli gələn “Dünyanı Sülhə və məhəbbətə çağırış” tədbirim Universitet divarlarından kənarda da uzun müddət alqışlanmışdır.
“Gənc Yaradıcılar” dərnəyinin ideya məllifiyəm. Bu dərnəyə Universitetin istedadlı tələbələrini cəlb etməklə multikultural Amerika ədəbiyyatı və digər müasir ingilis dilli ədəbiyyatdan seçilmiş əsərləri Azərbaycan dilinə tərcümə edilməsinə rəhbərlik edirəm. Hazırda iki kitab tərcüməsini bitirmək üzrəyəm.
Xarici Ölkələr ədəbiyyatı kafedrasında Amerika multikultural ədəbiyyatı fənnini yalnız mən tədris edirəm və müxtəlif tədbirlər həyata keçirərək tələbələrin yaradıcılığını aşkarlamağı həvəslə davam etdirirəm.
Pərvin Mürsəlova
Xarici Ölkələr Ədəbiyyatı kafedrasının müəlliməsi


