Aqrar-sənaye kompleksi

Azərbaycanın 55 şirkəti Rusiyaya pomidor və alma ixrac edəcək

Azərbaycanın 55 şirkəti Rusiyaya pomidor və alma ixrac edəcək

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") qəbul etdiyi qərara əsasən, iyunun 15-dən Azərbaycanın 55 şirkəti dəmiryolu ilə qonşu ölkəyə pomidor və alma ixrac edə biləcək.

Demokrat.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.

Məlumata görə, bunlardan 31-i pomidor, 24-ü isə alma istehsalı üzrə fəaliyyət göstərən müəssisələrdir.

Qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin təqdim etdiyi sənədlər və verdiyi zəmanət əsasında qəbul olunub. Mal ixracı fitosanitar sertifikatlar əsasında baş tutacaq. Oktyabrın 1-dən isə Azərbaycandan Rusiyaya ixrac konteynerlərlə həyata keçiriləcək.

D
demokrat.az