Kriminal

Vüqar Səfərlinin işi ilə bağlı daha bir nəfər saxlanıldı — RƏSMİ

Vüqar Səfərlinin işi ilə bağlı daha bir nəfər saxlanıldı — RƏSMİ

"Jurnalistlər Binası"nın komendantı Binyamin İsmayılov KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı saxlanılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, B.İsmayılov cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Demokrat.az-ın sorğusuna cavab olaraq məlumat təsdiqlənib.

Bildirilib ki, Binyamin İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarətinə verməklə qətimkan tədbiri seçilib.

Demokrat.az

D
demokrat.az