Hadisə

Azərbaycanda vəzifəli şəxs vəfat etdi — FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat etdi — FOTO

Milli Aviasiya Akademiyasının Elmi-texniki informasiya və yeni texnikanın tətbiqi şöbəsinin rəisi Arif Ramazanzadə vəfat edib.

Demokrat.az Report-a istinadla xəbər verir ki, o, 2000-ci ildən adıçəkilən şöbənin rəisi vəzifəsində çalışıb.

Məlumat üçün bildirək ki, Arif Ramazanzadə 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji institutunu Fizika ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1965-ci ildə AMEA-nın Fizika institutunda başlayıb. 1969-cu ildə namizədlik dissertasiyasını müdafiə edib.

Qeyd edək ki, A.Ramazanzadə tanınmış alim Malik Ramazanzadənin oğludur. O, atasının yolu ilə gedərək fizika ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi, dosent olub.

Allah rəhmət eləsin!

Azərbaycanda vəzifəli şəxs vəfat etdi — FOTO

D
demokrat.az