Qarabağ

İtkin düşmüş hərbçimizin 7 ay sonra nəşi tapıldı — YENİLƏNİB

İtkin düşmüş hərbçimizin 7 ay sonra nəşi tapıldı — YENİLƏNİB

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

Demokrat.azbildirir ki, bu barədə APA-ya şəhidin qardaşı məlumat verib.

Vətən müharibəsinin ilk günlərindən itkin düşən Lerik rayonu, Anbu kənd sakini 1989-cı il təvəllüdlü kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun Cəbrayıl rayonu ərazisində nəşi tapılıb.

Şəhid sabah böyüyüb boya-başa çatdığı kənddə dəfn olunacaq.

Qeyd edək ki, kapitan Ə.Rəhmətov Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.

Allah rəhmət eləsin!

*** 21:33

Vətən müharibəsində itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin zabiti kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi 7 aydan sonra Cəbrayıl rayonu ərazisində aşkar edilib.

APA-nın məlumatına görə, şəhid Lerik rayonunun Anbu kəndindəndir.

Sabah onun nəşi Cəbrayıldan Lerik rayonuna gətiriləcək.

Qeyd edək ki, Ə.Rəhmətovun iki övladı var.

Allah rəhmət eləsin!

D
demokrat.az