Sosial

Bu vəzifəli şəxslər işdən çıxarıldı — SİYAHI

Bu vəzifəli şəxslər işdən çıxarıldı — SİYAHI

Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan və sonradan sərbəst buraxılan Şəmkir rayon icra başçısının sabiq birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev 7 nəfəri işdən çıxarıb.

Demokrat.az xəbər verir ki, işdən çıxarılan Şəmkir rayon Təhsil Şöbəsinin 6 metodisti və katibəsidir.

Q.Əliyev katibəsi Sitarə Xəlilova, metodistlər Südabə Vəliyeva, Fəridə Rəhimova, ibtidai siniflər üzrə metodist Gülbəniz Məmmədova, Səfər, Zülfüqar və Səbinə adlı əməkdaşları vəzifəsindən azad edib.(unikal.org)

D
demokrat.az