Dünya

Tramp Almaniyadakı ata-baba yurduna baş çəkmək istəyir

Tramp Almaniyadakı ata-baba yurduna baş çəkmək istəyir

ABŞ prezidenti Donald Tramp öz ata-baba yurduna – Almaniyanın Reynland Pfalz əyalətinin Kalştadt qəsəbəsinə səfər etmək niyyətindədir.

Demokrat.Az bildirir ki, bu barədə ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell məlumat verib.

“Dəqiq vaxtını deyə bilmərəm, amma bura gəlib ailəsinin doğma yurdunu gəzmək istədiyini mənə deyib”, – deyə diplomat vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın 45-ci prezidentinin babası Frederik Tramp, yəni, əslində, Fridrix Trump 1869-cu ildə Kalştadt qəsəbəsində anadan olub, 1885-ci ildə isə həyat yoldaşı ilə birlikdə ABŞ-a köçüb.(report)

D
demokrat.az