İncəsənət

Bu gün xalçaçıların peşə bayramıdır — TƏBRİK

Bu gün xalçaçıların peşə bayramıdır — TƏBRİK

Bu gün Azərbaycanda "Xalçaçı günü” kimi qeyd olunur.

Demokrat.az xəbər verir ki, sözügedən peşə bayramı ilə əlaqədar Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova xalçaçıları təbrik edib:

"Artıq 5-ci ildir ki, 5 may tarixini "Xalçaçı günü” kimi qeyd edirik. Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən təsis olunan peşə bayramı tariximizin, mədəniyyətimizin öyrənilməsi üçün zəngin xəzinə olan xalçalarımızı yaradan insanların əməyinə verilən dəyərdir.

Muzeyimizin​ Ənənəvi texnologiya şöbəsinin​istedadlı xalçaçıları onların zəhmətinə dövlət səviyyəsində göstərilən bu diqqəti yüksək qiymətləndirir və​ xalçaçılıq sənətinin inkişafı, qədim xalçatoxuma texnikalarının dirçəldilməsi, bədii-estetik keyfiyyətləri ilə seçilən​ milli və ümumbəşəri əhəmiyyətli​ yeni xalçaların yaradılması istiqamətində çalışırlar.

Ömrünü bu sənətə həsr edən bütün xalçaçıları peşə bayramı münasibətilə təbrik edir, onlara toxuduqları xalçalar kimi gözəl, rəngarəng həyat arzulayırıq", deyə Ş.Məlikova qeyd edib. Demokrat.az

D
demokrat.az