Sosial

Uşaqları tibbi sığortayla pulsuz sünnət etdirmək olar

Uşaqları tibbi sığortayla pulsuz sünnət etdirmək olar

“Uşaqları icbari tibbi sığorta təminatı hesabına pulsuz sünnət etdirmək mümkündür”.

Demokrat.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova məlumat verib.

O qeyd edib ki, sünnət icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir.

Agentlik rəsmisi bildirib ki, Xidmətlər Zərfində 900-dən çox tibbi xidmət mövcuddur. Bura bir sıra bahalı əməliyyatlar, o cümlədən, ürək, oftolmoloji və endoprotezlərin yerləşdirilməsi və digər cərrahi əməliyyatlar daxildir.

Demokrat.az

D
demokrat.az