Sosial

Yaşı 60-dan yuxarı olan şəxslərin nəzərinə: Bu gündən...

Yaşı 60-dan yuxarı olan şəxslərin nəzərinə: Bu gündən...

Bu gündən Azərbaycanda “COVID-19” xəstəliyinə qarşı İngiltərənin Oxford Universitetinin istehsalı olan "Vaxzevria” vaksininin tətbiqinə başlanılır.

Demokrat.az xəbər verir ki, peyvənddən 60 yaş və daha yuxarı şəxslərin vaksinasiyası zamanı istifadə olunacaq. Peyvənd Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq.

Qeyd edək ki, “COVAX” platforması çərçivəsində Azərbaycana 84 000 doza “Vaxzevria” peyvəndi gətirilib.

Demokrat.az

D
demokrat.az