“Avtovağzal” metrostansiyasının çıxışlarından biri bağlandı

SOSİAL 20 dekabr 2018, 14:48

Bakı Metropoliteninin “Avtovağzal” stansiyasının giriş-çıxışlarından biri bağlanıb.

 

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Trend-ə veridiyi xəbərə görə, ayaqaltıların dəyişdirilməsi və digər texniki işlərin aparılması ilə bağlı “2-ci keçid” müvəqqəti olaraq bağlanıb:

 

“Nəzərdə tutulan təmir işləri ilə bağlı “2-ci keçid” müvəqqəti olaraq bağlanıb, buna baxmayaraq, sərnişinlər həmin yerdən 10 metr kənarda olan “1-ci keçid”dən istifadə edə bilərlər”.

 

Qeyd edək ki, “2-ci keçid” avtobus dayanacağına çıxmaq üçün ən çox istifadə edilən giriş-çıxışdır.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top