Avropa Parlamenti plenar iclasdakı müzakirələrdən sonra Avropa Birliyi ölkələrini Çex Respublikasına dəstək olmağa çağırıb. Demokrat.az “Ria Novosti”yə istinadla xəbər verir ki, bununla bağlı qəbul olunmuş qərar 569 millət vəkili tərəfindən dəstəklənib, 67 nəfər qərarın əleyhinə səs verib, 46 nəfər isə bitərəf qalıb. "Avropa Parlamenti Rusiyanın Çex Respublikasına qarşı təhdidlərini qınayır, AB ölkələrinin hökumətləri, diplomatik xidmətləri tərəfindən qəbul olunmuş bütün həmrəylik qərarlarını dəstəkləyir, birliyə üzv dövlətləri Rusiya diplomatlarının koordinasiyalı şəkildə çıxarılmasını həyata keçirməyə çağırır ",sənəddə belə deyilir. Avropa Parlamentinin beynəlxalq məsələlərə dair qərarları deklarativdir, məcburi deyil. Lakin Avropa Birliyinin üzvləri millət vəkillərinin fikirlərini dinləməlidir.
Avropa Parlamenti rus diplomatlarını qovmağa çağırdı
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


