Kriminal

Bakı sakini arvadını bıçaqladı

Bakı sakini arvadını bıçaqladı

Bakının Sabunçu rayonunda qadın mübahisə zəminində bıçaqlanıb.

Demokrat.az xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

1997-ci il təvəllüdlü Hacıyeva Aygün Səddrəddin qızı əri ilə mübahisə edən zaman qarın və bədən nahiyələrindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.(APA)

D
demokrat.az