Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Gəncə prospektində iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Namazov Arzuman Fazil oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol ayağın sınığı diaqnozu qoyulub.(report.az)


