Sosial

Sabah Bakının yolları növbəti dəfə dezinfeksiya ediləcək

Sabah Bakının yolları növbəti dəfə dezinfeksiya ediləcək

Aprel ayının 24-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bu barədə Demokrat.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

"Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur", - məlumatda qeyd olunub.

Demokrat.az

D
demokrat.az