Qarabağ

Altı aydır komada olan Vətən müharibəsi qazisi şəhid oldu

Altı aydır komada olan Vətən müharibəsi qazisi şəhid oldu

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalan hərbi qulluqçusu Nurlan Əbilov şəhid olub.

Bu barədə “Report”a Masallı Rayon icra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, rayonun Ağakişibəyli kəndindən olan 1994-cü il təvəllüdlü N.Əbilov bu gün səhər saatlarında şəhidlik zirvəsinə ucalıb.

O, doğulduğu Masallı rayonunda torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

Demokrat.az

D
demokrat.az