Gündəm

Tofiq Yaqublu İlqar Məmmədovu tənqid etdi: “Hökumət bir tərəfdə qalıb, bunlar uşaqpuluna "yox" deyirlər”

Tofiq Yaqublu İlqar Məmmədovu tənqid etdi: “Hökumət bir tərəfdə qalıb, bunlar uşaqpuluna yox deyirlər”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu REAL Partiyanın sədri İlqar Məmmədovun “uşaqpulu” məsələsi ilə bağlı fikirlərinə münasibət bildirib.

Demokrat.az-ın xəbərinə görə, T.Yaqublu İ.Məmmədovu tənqid edib.

“Xalqın haqlı tələbinə qarşı çıx, sonra da de ki, xalqdan səs alıb hakimiyyətə gələcəyik. Hələ bu azmış kimi, xalqın haqlı tələblərini səsləndirənləri də topa tut, təhqir et və de ki, bunların hakimiyyətə gəlmək fikrləri yoxdur. Məsələ isə çox sadədir, uşaq pulunu Elçibəy hökuməti də verirdi, bütün normal dövlətlər verirlər, hətta qondarma DQR də verir. Anası dura-dura xalasının ürəyi gedib, hökumət bir tərəfdə qalıb, bunlar uşaqpuluna "yox" deyirlər” – T.Yaqublu qeyd edib.

Demokrat.az

D
demokrat.az