Hadisə

SON DƏQİQƏ! Azərbaycana qar yağır

SON DƏQİQƏ! Azərbaycana qar yağır

Bu gün axşam saatlarında İsmayıllı rayonu ərazisinə dolu yağıb. Yağıntı sonradan qar və yağışa çevrilib.

APA-nın yerli bürosunun məlumatına görə, təxminən fındıq boyda olan dolu səbəbindən İsmayıllı-Qəbələ yolunda hərəkət edən avtomobillər qısa müddət ərzində dayanıb.

Bir sira kəndlərdə elektrik enerjisinin verilişi dayanıb.

Dağlardan gələn sel suları və lil İsmayıllı-Lahıc yoluna tökülüb, nəqliyyatın hərəkəti çətinləşib.

Demokrat.az

D
demokrat.az