Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı rəsmi feysbuk səhifəsində paylaşım edib.
Demokrat.az xəbər verir ki, paylaşımda deyilir:
“Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ildə erməni dəstələri tərəfindən Azərbaycanın dinc sakinlərinə qarşı törədilmiş bu vəhşətin acısı illər keçsə də unudulmayacaq. Soyqırımına məruz qalmış bütün sakinlərimizi və şəhidlərimizi dərin hüznlə yad edirik!”
Demokrat.az


