Hadisə

Salyanda yol qəzasında iki avtomobil toqquşdu — FOTO

Salyanda yol qəzasında iki avtomobil toqquşdu — FOTO

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin mərkəzindəki doquz mərtəbəli binanın yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ- 2106" markalı avtomobil arxadan "Mitsubishi" markalı avtomobilə çırpılıb. Nəticədə Mitsubishi" idarəetmədən çıxaraq yolun kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az