Dünya

Ermənistanda son sutkada 24 nəfər koronavirusdan öldü

Ermənistanda son sutkada 24 nəfər koronavirusdan öldü

Ermənistanda son sutkada daha 801 nəfər COVID-19-a yoluxub.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 185 020-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 24 nəfər artaraq 3 384-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 862 nəfərdir. İndiyədək 168 721 pasiyent infeksiyadan sağalıb.(report.az)

D
demokrat.az