Hadisə

Tovuzda mebel sexi yandı

Tovuzda mebel sexi yandı

Tovuz rayonunun Qovlar şəhərində ümumi sahəsi 64 m² olan mebel sexinin yanar konstruksiyaları və içərisində olan əşyalar 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

D
demokrat.az