Siyasət

Prezident Lukoşenko: "İlham Əliyev hər zaman güvənə biləcəyin əsl dostdur" – VİDEO

Prezident Lukoşenko: İlham Əliyev hər zaman güvənə biləcəyin əsl dostdur – VİDEO

Belarusun ümummilli televiziyası Azərbaycan prezidenti İlham Əliyevin Minskə səfərinə dair reportaj hazırlayıb. Telekanal İlham Əliyevin Aleksandr Lukoşenko ilə danışıqlarının, eləcə də Azərbaycan nazirlərinin Belarus həmkarları ilə söhbətlərinin əks olunduğu unikal kadrları təqdim edib.

Demokrat.Az xəbər verir ki, reportajın müəllifləri əsas diqqəti Aleksandr Lukoşenkonun İlham Əliyevi səmimi qarşılaması və yola salmasına yönəldiblər. Bununla yanaşı, aparıcı qeyd edir ki, digər kadrlara olduğu kimi, bu kadrlara da “şərhsiz” ifadəsini tətbiq etmək olar.

“Hər zaman güvənə biləcəyin əsl dost”, - Aleksandr Lukoşenko dəfələrlə İlham Əliyev haqqında bu fikri təkrar edib. Çətin dövrdə, 2011-ci ildə Azərbaycan nefti Belarus NEZ-nə daxil olub. Bundan başqa Rusiya ilə energetik mübahisə zamanı Azərbaycan Belarusa ekspress-kredit ilə dəstək oldu.

Reportajda nazirlərin də iki ölkə liderlərindən nümunə götürdükləri bildirilir. Əliyev və Lukoşenko “təkbətək” görüş keçirərkən, nazirlər də ünsiyyətdə olublar. Aydın olub ki, Belarusun FHN naziri Vladimir Vaşenko Kəmaləddin Heydərov ilə yaxından tanışdır. Səmimi söhbət edən iki ölkənin xarici işlər nazirlərindən Elmar Məmmədyarov, həyat yoldaşlarının da rəfiqəlik etdiklərini bildirib.

Reportajda Gəncə Avtomobil Zavodunun Belarus ilə müştərək istehsalı prezidentlər nümunəvi adlandırdıqları qeyd edilib.

“Artıq 10 mindən artıq MTZ traktoru yığılıb. Bundan sonra da yeni bazarların açılması planlaşdırılır. Tezliklə Belarus-Azərbaycan konveyeri türkiyədək işə düşəcək”, - materialda bildirilib.

“Bütün modifikasiyalara aid 50000-dən çox traktor realizə edilib. Niyə də bu bazarda Belarus və Azərbaycan iştirak etməsin?”, - Gəncə Avtomobil zavodunun müşahidə şurasının sədri Xanlar Fətiyev deyib.

Jurnalistlər həmçinin, illərdir Minskdə yaşayan və Belarusu ikinci evi adlandıran rəssam-restovrator Heydər Əliyevdən də müsahibə alıblar.

“İlham Əliyev mənim yaxın dostumdur və deyə bilərəm ki, biz sizin Amerika və Alman kombaynlardan nə zaman imtina edəcəyinizi gözləyirik. Bu təcrübə bizə tanışdır, həmin kombaynlar sıradan çıxan kimi, onun maya dəyəri qədər ehtiyat hissələri üçün pul ödəmək lazımdır. Bu səbəbdən də biz öz kombaynlarımızın istehsalına başladıq. Biz bu texnikanın müştərək istehsalını sizdə də yaratmağa hazırıq”, - bunu İki ölkə heyətinin iştirakı ilə keçən görüşdə Belarus prezidenti Aleksandr Lukoşenko deyib.

İlham Əliyev səfər zamanı, filiallarının Belarusun vilayət mərkəzlərində açılacaq “Azərbaycan Ticarət evi”ndə olub.

D
demokrat.az