İdman

"Qarabağ"-"Neftçi": 4 qırmızı vərəqə, 3 qol

Qarabağ-Neftçi: 4 qırmızı vərəqə, 3 qol

Futbol üzrə Azərbaycan Premyer Liqasının XV turunun mərkəzi oyununda "Qarabağ"la "Neftçi" qarşılaşıb.

Demokrat.az-ın xəbərinə görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan prinsipial matçda ilk yaddaqan hadisə "Neftçi"nin cinah futbolçusu Ömər Buludovun 22-ci dəqiqədə birbaşa qırmızı vərəqə alması olub. Lakin cəmi 6 dəqiqə sonra 10 nəfər qalan "ağ-qaralar" Namiq Ələsgərovun fərdi ustalığı ilə hesabı açıb.

"Qarabağ" yalnız ikinci hissədə hesaba tarazlıq gətirib. 58-ci dəqiqədə Mahir Emreli künc zərbəsindən sonra mübahisəli epizodda fərqlənib (1:1). 72-ci dəqiqədə ağdamlıların müdafiəçisi Kevin Medinanın rəqib kəllə ilə vurması onun qırmızı vərəqə alması, "Neftçi"nin penalti qazanması ilə nəticələnib. Penaltidən öncə isə Mamadu Kane ikinci sarı vərəqə ilə paytaxt klubunu 9 nəfər qoyub. Namiq Ələsgərov isə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə yenidən "Neftçi"ni önə çıxarıb. Voyislav Stankoviç isə oyunun ikinci hissəsinə artırılmış dəqiqələrdə qırmızı vərəqə alaraq, Bakı klubunu daha az - 8 nəfərlə buraxıb.

13 fevral (şənbə)

“Qarabağ” – “Neftçi” - 1:2 Qollar: Namiq Ələsgərov, 28 (0:1), Mahir Emreli, 58 (1:1), Namiq Ələsgərov, 75-pen (1:2) Qırmızı vərəqələr: Ömər Buludov, 22 ("Neftçi"), Kevin Medina, 72 ("Qarabağ"), Mamadu Kane, 74-iki sarı vərəqə ("Neftçi"), Voyislav Stankoviç, 90+3-iki sarı vərəqə ("Neftçi") Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev Tofiq Bəhramov adına Respublika Stadionu.

Zaur Demokrat.az

D
demokrat.az