Sosial

Bu ərazilərdə elektrik enerjisi 4 gün fasilələrlə veriləcək

Bu ərazilərdə elektrik enerjisi 4 gün fasilələrlə veriləcək

Noyabrın 19-dan 23-dək bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə "Azərişıq” ASC-nin mətbuat xidmətindən Demokrat.Az-a verilən məlumatda bildirilib.

Buna səbəb Abşeron rayonu Bağlar ETSİ-nin xidmət ərazisi olan Məhəmmədi kəndinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi daşıyır.

Bu səbəbdən də Zabrat – Məhəmmədi, yeni Məhəmmədi 35/10 kV-luq yarımstansiyası ilə kəndin digər ərazilərini əlaqələndirmək üçün 19 noyabrdan 23 noyabra qədər bəzi ərazilərdə elektrik enerjisi verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatlığa görə "Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.

D
demokrat.az