Azərbaycanın bütün təhsil müəssisələrində ənənəvi tədris prosesinin bərpası ilə bağlı müvafiq qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir.
Təhsil Nazirliyindən Demokrat.az-a bildirilib ki, hazırda ənənəvi tədrisin bərpası ilə bağlı hər hansı qərar yoxdur.
"Qərar olduğu halda Təhsil Nazirliyinin rəsmi internet resurslarında məlumat yerləşdiriləcək", - nazirlikdən qeyd olunub.
Qeyd edək ki, hazırda pandemiya səbəbindən dərslər distant formada həyata keçirilir.


