Xarici siyasət

Pakistan HHQ-nin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir — RƏSMİ

Pakistan HHQ-nin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir — RƏSMİ

Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Mücahid Anvar Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarları üzərinə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.

Demokrat.az

D
demokrat.az