Dünya

Qırğızıstanda növbədənkənar prezident seçkiləri keçirilir

Qırğızıstanda növbədənkənar prezident seçkiləri keçirilir

Qırğızıstanda vaxtından əvvəl prezident seçkiləri və idarəetmə formasına dair referendum bu gün yerli vaxtla saat 08:00-da başlayıb.

Trend-in məlumatına görə, bütün ölkə üzrə 2474 seçki məntəqəsi açılıb.

Məlumata əsasən, 3 milyon 563 min 574 seçici Qırğızıstanda keçirilən prezident seçkiləri və referendumda səs verə biləcək.

Qırğızıstan Respublikasının idarəetmə formasının seçilməsi ilə bağlı referenduma aşağıdakı məsələ təqdim olunur:

- prezident respublikası, - parlamentli respublikası - bütün seçimlərə qarşı.

D
demokrat.az