"2020-ci il bütün dünyada olduğu kimi, bizim üçün də çox ağır bir il oldu. Amma bu çətinliklərə baxmayaraq, xalqımıza xidmət siyasətindən bir an geri çəkilmədik”.
Demokrat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatya ilə Elazığ arasında yeni salınan Kömürxan körpüsünün açılışında bu fikirləri bildirib.
Ərdoğan deyib ki, 2020-ci ildə Türkiyə Azərbaycanda və Liviyada çox böyük uğurlar əldə edib.


