Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Demokrat.az xəbər verir ki, siyahıda general-leytenant Hikmət Mirzəyevin, general-leytenant Kərim Vəliyevin, general-mayor Mayis Bərxudarovun, general-mayor Mübariz Rzayevin və general-mayor Ağamir Sultanovun da adı var.


