Kriminal

Bakıda kişi və qadınların pornoqrafik görüntülərini yayan şəxsə cinayət işi açıldı

Bakıda kişi və qadınların pornoqrafik görüntülərini yayan şəxsə cinayət işi açıldı

Bakının Xətai rayonunda bir neçə şəxsin barəsində pornoqrafik materialları yayan şəxsə cinayət işi açılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, paytaxt sakini Mübariz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi araşdırılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Fərid Yaqubovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, cinayət işi üzrə iki qadın, bir kişi zərərçəkmiş şəxs qismində tanınıb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az