Qarabağ

Məhəmməd Füzulinin Füzuli şəhərinin mərkəzindəki heykəlinin qalıqları tapıldı — FOTOLAR

Məhəmməd Füzulinin Füzuli şəhərinin mərkəzindəki heykəlinin qalıqları tapıldı — FOTOLAR

Füzulinin şəhərinin mərkəzində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə ucaldılmış abidə aşkar edilib.

Demokrat.az-ın məlumatına görə, abidə hazırda dağılmış vəziyyətdədir.

Abidə vaxtilə Füzuli şəhərinin mərkəzində ucaldılıb.

Heykəl parçalanaraq hissələrə ayrılıb, tamamilə yararsız haldadır. Heykəlin yerləşdiyi parkın ərazisi cəngəlliyə çevrilib.

Xatırladaq ki, heykəl 1970-ci ildə qoyulub.(APA)

D
demokrat.az