Hadisə

Bakıda qız dəm qazından boğuldu

Bakıda qız dəm qazından boğuldu

Bakının Səbail rayonunda dəm qazından boğulma hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə N.Nərimanov küçəsi Yeni Sahədə qeydə alınıb.

2008-ci il təvəllüdlü İbrahimova Səkinə Fərrux qızı yataq otağında dəm qazından boğulub. O, ağır vəziyyətdə yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az