Maraqlı

Məşhur mahnı "Şəhid Xudayar" adlandırılsınmı? — Əlibaba Məmmədov qərarını AÇIQLADI

Məşhur mahnı Şəhid Xudayar adlandırılsınmı? — Əlibaba Məmmədov qərarını AÇIQLADI

22 yaşlı şəhid gizir Xudayar Yusifzadənin ifasında “Vətən yaxşıdır” mahnısı günlərdir ki, sosial şəbəkələrdə ən çox izlənilən videodur.

Demokrat.azbildirir ki, Azərbaycanın Xalq artisti Əlibaba Məmmədov mahnının müəllifi kimi "Ölkə.Az"a açıqlama verib.

Ustad xanəndə bildirib ki, mahnının Xudayarın adı ilə adlandırılması ilə bağlı heç bir qəbahət görmür:

"Bu mahnı 60 ilin mahnısıdır. Bu vaxta qədər necə adlandırıblarsa, elə də qalmalıdır. Amma mənimçün təfavütü yoxdur, yüzdən artıq mahnım var. Necə istəyirlər, adlandırsınlar. O bizim üçün canını, qanını verib, hamımız ona borcluyuq".

D
demokrat.az