İdman

Məhəmmədrəsul Məcidov peşəkar rinqdə növbəti qələbəsini qazandı

Məhəmmədrəsul Məcidov peşəkar rinqdə növbəti qələbəsini qazandı

Azərbaycanlı boksçu Məhəmmədrəsul Məcidov peşəkar rinqdə növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, təcrübəli idmançı karyerasındakı üçüncü döyüşündə Puerto Riko təmsilçisi Sahret Delqado ilə üz-üzə gəlib.

ABŞ-ın Florida ştatında baş tutan qarşılaşma Məcidovun qələbəsi ilə yekunlaşıb. Boksçu üçüncü raundda rəqibini nokauta salıb.

Demokrat.az

D
demokrat.az