Hadisə

Sumqayıtda küçədə kişi meyiti tapıldı

Sumqayıtda küçədə kişi meyiti tapıldı

Sumqayıt şəhərinin 39-cu məhəlləsində küçədə kişi meyiti aşkarlanıb.

Demokrat.az xəbər verir ki, aparılan araşdırma zamanı meyiti tapılan şəxsin 1964-cü il təvəllüdlü Əsgərov Rafiq Firudin oğlu olduğu müəyyən edilib.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

D
demokrat.az