Dünya

Karen Vrtanesyan: "Üç gün sonra bütöv Kəlbəcəri itirəcəyik"

Karen Vrtanesyan: Üç gün sonra bütöv Kəlbəcəri itirəcəyik

“Baş nazir Paşinyan tərəfindən imzalanan sənədə görə, cəmi üç gün ərzində (bazar gününə qədər) azərbaycanlılar Kəlbəcərə girəcək, Dadivanka girəcək, inşa etdiyimiz su elektrik stansiyalarını, yollarımızı, evlərimizi və məktəblərimizi alacaq” .

Demokrat.az Konkret.az-a istinadən xəbər verir ki, bu sətirləri Ermənistanın “Razminfo” portalının baş redaktoru Karen Vtranesyan özünün “Facebook” səhifəsində yazıb. O daha sonra yazır: “Tək vuruş olmadan bir neçə günə son 26 ildə əlimizdə tutduğumuz Kəlbəcərdən, Murov dağlarından keçəcəyik. Çox-çox heyf…”

D
demokrat.az