Tanınmış jurnalist Azər Qərib Ermənistanın sülhə məcburedilmə anlaşması ilə bağlı öz qeydlərini yazıb.
Demokrat.az həmin yazını təqdim edir:
1. Rusiya istəsəydi, biz nəinki Şuşanı, heç Füzulini da ala bilməzdik.
Aprel döyüşlərini unutmayın, biz biraz irəli gedən kimi, döyüşləri dayandırmağa məcbur etdi bizi.
Bu dəfə Rusiyanın qarışmaması bizim ən böyük uğurlarımızdan biri oldu.
Hətta vurulan helikopterə də göz yumdu, halbuki, biz gözəl bilirik, necə nəticələr ola bilərdi.
2. Bir il əvvəl tərəfimizdən Qarabağa muxtariyət verilməsi müqabilində ermənilər 5 rayonumuzu boşaltsaydılar, küçələrə çıxıb papağlarımızı göyə atardıq.
Bu gün isə rahat divanlarda oturub mövcud nəticələrlə razı olmayanlar var, əfsuslar.
3. Heç bir baza prisniplərində Naxçıvandan keçid məsələsi heç müzakirə belə olunmurdu.
Bu anlaşmaya əsasən keçid açılacaq və nəhayət naxçıvanlılar rahat Azərbaycanın digər bölgələrərinə gedə biləcəklər.
4. Şuşa bizimdir, halbuki, onu qaytarmaq ermənilərin planlarında yox idi, hətta “paytaxtı" ora keçirmək istəyirdilər.
5. Dağlıq Qarabağın bütün rayonları Azərbaycanın digər rayonlarına bərabər edildi, yəni heç bir status, avtonomiya filan olmayacaq.
6. Türkiyə ona görə bu məsələyə girişməmişdi ki, ona sərf etməyən nəticələri qəbul etsin və yaxud bizim gələcəyimizi təmin eməyən qərarlara razılıq versin.
7. İllərlə əsirlikdə qalanlar evlərinə dönəcəklər.
8. Neçə-neçə əsgərlərimiz sağ qalacaq.
9. Elə düşünməyək ki, biz hamıdan çox bilirik, yuxarıda oturanlar biz bildiyimizdən az bilirlər.
10. "Mən bilirəm, nəyi, nə vaxt, necə etmək lazımdır” (c).
11. "Политика есть искусство возможного" (c).
12. Yadınızdadır, ilk dəfə atəşkəs haqda saziş imzalananda necə məyus olduq?
Şəxsən mən Füzuliyə yola düşəcəydim; yığdığımız yardımları aparmaq üçün, amma xəbəri eşidib evə döndüm; dedim, siz gedin, mən qalıram, əsgərlərimizin gözünə baxa bilmərəm bu xəbərdən sonra.
Lakin sonra gördük ki, hər şey düşünülmüşdü.
Odur ki, ürəyinizi buz kimi saxlayın, bu dəfə də belədir, yaxın zamanda hər şeyi görəcəyik.
Sadəcə biraz səbrli olun.
Qalan bütün məsələləri isə mən Azərbaycanın misilsiz Qələbəsi kimi qəbul edirəm.
Eşq olsun Azərbaycana !!!


