"30 ilə yaxın idi Kəlbəcərin, 7 ilə yaxın idi atamın həsrətini çəkirdim. İndi atama da, Kəlbəcərə də qovuşacağam".
Demokrat.az xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında erməni əsirliyində saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.
O qeyd edib ki, qazanılan qələbənin ailəsi üçün xüsusi əhəmiyyəti var:
"Bu xoş günləri, bu tarixi anları bizə yaşatdığı üçün cənab prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Ordumuza çox sağ ol deyirəm. Sevincimin həddi-hüdudu yoxdur. Var olsunlar".
Məlumat üçün bildirək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdunu, yaxınlarını ziyarət edərkən işğalçı Ermənistan hərbiçiləri tərəfindən həbs olunublar və 7 ilə yaxındır həbsxanada saxlanılırlar.


