Siyasət

Ərdoğanın köməkçisi: "Bütün müdafiə imkanlarımızı can Azərbaycanla bölüşməyə hazırıq"

Ərdoğanın köməkçisi: Bütün müdafiə imkanlarımızı can Azərbaycanla bölüşməyə hazırıq

“Azərbaycanın torpaqlarını Ermənistan işğalından azad etməsi uğrunda apardığı mübarizədə Türkiyə olaraq lazım olan bütün müdafiə imkanlarımızı can Azərbaycanla bölüşməyə davam edəcəyik”.

Demokrat.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay Prezident Administrasiyası nəzdindəki Müdafiə Sənayesi Nazirliyinin quruluşunun 35-ci ili ilə əlaqədar keçirilən tədbirdə deyib.

O bildirib ki, Türkiyə öz müdafiə ehtiyaclarını milli imkanlarıyla qarşılamaqla yanaşı, dost, mütəffiq ölkələrin ehtiyaclarını da qarşılayacaq: "Buna misal kimi Azərbaycanının Dağlıq Qarabağdakı haqlı savaşında istifadə etdiyi İHA və SİHA-Iarı göstərə bilərik. Biz Türkiyə olaraq Azərbaycanın torpaqlarını işğalçı Ermənistandan geri alması uğrunda apardığı mübarizəni dəstəkləyirik".

D
demokrat.az