Hadisə

Yol polisi traktor sürücüsünü sərxoşluqda ittiham etdi, amma... — FOTOLAR

Yol polisi traktor sürücüsünü sərxoşluqda ittiham etdi, amma... — FOTOLAR

Bakıda yol polisi traktor sürücüsünü sərxoşluqda ittiham edib.

Sürücü bu barədə redaksiyamıza məlumat verərək bildirib ki, idarə etdiyi 10-D-746 qeydiyyat nişanlı "JSB" markalı traktorla noyabrın 2-i paytaxtın Babək prospektində hərəkət edərkən həmin ərazidə xidmət aparan 99-YP-442 qeydiyyat nişanlı YPX avtomobilinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları ona sərxoş olduğunu bildirərək həkim müayinəsindən keçirilməsini tələb ediblər.

Müayinədən keçdikdən sonra traktoru duracağa apararaq sürücünü Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 5-ci otağına dəvət ediblər.

Sürücü sərxoş olmadığına əmin olduğu üçün dərhal özü həkim müayinəsinə gedərək sərxoş olmadığı ilə bağlı müayinə protokolunu alıb. Bundan sonra sürücü Bakı Şəhər DYP-nin 5-ci otağına yaxınlaşaraq sərxoş olmadığını bildirsə də, polis əməkdaşı ondan 600 manat pul tələb edib. Lakin polis əməkdaşı ona sərxoş olduğunu sübut edə bilmədiyi üçün sərbəst buraxıb.

Demokrat.az

Yol polisi traktor sürücüsünü sərxoşluqda ittiham etdi, amma... — FOTOLAR

Yol polisi traktor sürücüsünü sərxoşluqda ittiham etdi, amma... — FOTOLAR

D
demokrat.az