Milli Məclisin sədri Sahibə Qafarova Zəngilanın işğaldan azad edilməsi ilə bağlı “Twitter” hesabında paylaşım edib.
Demokrat.azbildirir ki, parlamentin sədri paylaşımında qeyd edib:
"Gözəl diyarımız Zəngilan işğaldan azad olunub. Son günlər şanlı Ordumuzun ard-arda əldə etdiyi uğurlar bizə hədsiz sevinc bəxş edir. Əminəm ki, bu uğurlar torpaqlarımızın tam işğaldan azad olunmasını ən qısa müddətdə təmin edəcəkdir. Yaşasın Azərbaycan!”.


